Bakı-Tbilisi aviareysi təxirə salındı

29 Yanvar 2014 09:49 (UTC+04:00)
Tbilisidə müşahidə olunan güclü duman səbəbindən Bakı-Tbilisi aviareysi bu gün Bakı vaxtı ilə saat 13:00-a kimi təxirə salınıb.

"Azərbaycan Hava Yolları" QSC-dən bildirilib ki, ilkin məlumata görə, saat 10:10-da uçmalı olan təyyarənin Bakı vaxtı ilə saat 13:00-da uçacağı gözlənilir.

Tbilisi Beynəlxalq Aeroportundan trend-ə verilən məlumata görə, güclü dumanla əlaqədar aeroport üç aviareysi qəbul edə bilməyib. Bu gün səhər tezdən Münhen, İstanbul və Varşavadan olan təyyarələr yerə enə bilməyiblər.

AzNews.az