Prokurorluqda işləmək istəyənlərin nəzərinə

29 Yanvar 2014 10:27 (UTC+04:00)
TQDK prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün tеst imtаhаnı keçirəcək.

Komitədən verilən məlumata görə, TQDK Baş Prokurorluq ilə birgə 2014-cü il yanvarın 31-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.

İşə qəbulla bağlı ərizə qəbulu 2013-cü il sentyabrın 2-dən dekabrın 31-dək Аzərbаycаn Rеspublikаsı Prоkurоrluğu tərəfindən aparılıb və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 373 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında (ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) başlanır.

İmtahanın keçirilməsi qaydaları namizədlərə "Yaddaş kitabçası"nda təqdim olunub.

Namizədlər 28-30 sentyabr 2012-ci il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, "Yaddaş kitabçası"nı və "Test imtahanına buraxılış vərəqəsi"ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında (Bakı şəhəri N.Rəfibəyli küçəsi,7) ala bilərlər.

AzNews.az