Qarabağda erməni hərbçisi öldürülüb

29 Yanvar 2014 10:33 (UTC+04:00)

Yanvarın 28-də işğal olunmuş ərazilərdə erməni hərbçisi öldürülüb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı qondarma "DQR"in Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, başından ölümcül yara alan hərbçi 1994-cü il təvəllüdlü Karen Qalstyandır. Onun həyatını xilas etmək mümkün olmayıb.

Elnarə
AzNews.az