Hüquq müdafiəçiləri Strasburqda

29 Yanvar 2014 10:37 (UTC+04:00)
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı Fransanın Strasburq şəhərində səfərdədirlər.

Hüquq müdafiəçisi və millət vəkili Çingiz Qənizadənin mətbuat xidmətinin verdiyi məlumata görə, 27-31 yanvar tarixlərini əhatə edən səfər çərçivəsində Monitorinq Qrupunun üzvləri Avropa Şurasında bir sıra görüşlər keçirirlər.

Avropa Şurasının İnsan Hüquqları Komissarı Nils Mujneykis və Avropa Şurası Baş katibinin siyasi məsələlər üzrə departamentinin direktoru Aleksandr Gesser ilə keçirdikləri görüş zamanı Azərbaycanda insan hüquqları və ictimai-siyasi vəziyyət, bəzi təşkilatlar tərəfindən Avropa Şurasına göndərilmiş "siyasi məhbus" siyahıları, Azərbaycanda yaşayan azsaylı xalqların vəziyyəti, müxtəlif təşkilatlar və ölkələr tərəfindən maliyyələşən radikal dini qrupların Azərbaycanda fəallaşması və aktivləşməsi və s. digər məsələlər müzakirə edilmişdir.

Hüquq Müdafiə təşkilatları Monitorinq Qrupunun üzvlərinin Avropa Şurasında görüşləri davam edir.

AzNews.az