Rafiq Əliyev Ziyalılar Forumundan danışdı: “Qərar veriləcək”

29 Yanvar 2014 10:45 (UTC+04:00)

"Yaxın vaxtlarda Ziyalılar Forumunun gələcək taleyi ilə bağlı qərar veriləcək".


Bunu AzNews.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyev deyib.

R. Əliyev bildirib ki, hazırda Ziyalılar Forumunun yaradıcılarından olan şair Ramiz Rövşən Azərbaycanda deyil.

Onun sözlərinə görə, R. Rövşən fevral ayının əvvəlində ölkəyə dönəcək, bundan sonra həmin məsələ müzakirə ediləcək: "Ramiz Rövşən də qayıtsın danışaq. Bundan sonra Ziyalılar Forumu ilə bağlı fikir bildirəcəyik".

Xatırladaq ki, Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, professorlar Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur.

Bahar Rüstəmli
AzNews.az