Daha bir nəfər özünü yandırdı- Bərdədə

29 Yanvar 2014 11:12 (UTC+04:00)
Bərdə rayon Alpoud kənd sakini ötən gün axşam saatlarında özünü yandırıb.


Hadisə şahidlərinin verdiyi məlumata görə, kənd sakini özünə Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında qəsd edib. Kənd sakininin özünü yandırma səbəbi hələ ki, bilinmir. Yanan şəxsin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu bildirilir. Bərdə Rayon İcra Hakimiyyəti hadisənin, ümumiyyətlə, baş vermədiyini bildirib.

Bərdə rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib. Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən verilən məlumata görə, özünü yandıran Alpoud sakini yanıq xəsarətləri ilə ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir. Hadisə ilə bağlı əlavə məlumat verəcəyik. (anspress)