Məzahir Süleymanov- 70

29 Yanvar 2014 12:08 (UTC+04:00)

Bu gün Sumqayıt Dövlət Musiqili Dram Teatrında Xalq artisti Məzahir Süleymanovun 70 illik yubileyi keçirilib.

AzNews.az xəbər verir ki, tədbirdə teatrın bütün yaradıcı heyəti, aktyorları, rejissorları iştirak edib.

Tədbirdə teatrın direktoru Mehman Şükürov, baş rejissor Firuddin Məhərrəmov və Xalq artisti Valeh Kərimov yubilyarı 70 yaş münasibəti ilə təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar.

Bahar
AzNews.az