Obamadan Ukraynaya açıq dəstək

29 Yanvar 2014 12:18 (UTC+04:00)

"ABŞ Ukrayna xalqını və onun dinc etiraz haqqını dəstəkləyir".


Bunu ABŞ prezidenti Barak Obama bildirib.

Prezident "Biz bütün insanların öz fikrini azad ifadə etmək və ölkənin gələcəyində iştirak haqqını tanıyırıq" deyə Konqresdəki çıxışında qeyd edib.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Co Bayden bundan əvvəl Ukrayna məmurlarına sanksiyalar tətbiq ediləcəyini istisna etməmişdi.

Elnarə
AzNews.az