Qarabağın işğalı- Fransa mətbuatında

29 Yanvar 2014 12:33 (UTC+04:00)
Yanvarın 28-də Fransanın "France Culture" radiosunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən "İşğal olunmuş ərazilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı veriliş səsləndirilib.

AzərTAc xəbər verir ki, verilişdə ermənilərin Azərbaycan torpaqlarının işğalına planlı şəkildə hazırlaşmaları, 1988-ci ildə Sumqayıt hadisələrini törətmələri və s. barədə danışılıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq Qarabağ bölgəsini deyil, ona bitişik yeddi rayonunu da işğal etdikləri, münaqişə zamanı minlərlə insanın qətlə yetirildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi dinləyicilərin diqqətinə çatdırılıb.

Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar indiyədək heç bir nəticə verməyib.

Verilişdə Ermənistanın iqtisadi baxımdan çətinlik çəkdiyi, bu ölkəyə xaricdə fəaliyyət göstərən erməni lobbisinin yardım göstərdiyi qeyd olunub.

AzNews.az