Yük qatarı relsdən çıxdı, vaqonlar aşdı

29 Yanvar 2014 12:42 (UTC+04:00)
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl vaqonu aşıb və yükü dağılıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, ilkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.

Amid
AzNews.az