I Avropa Olimpiya Oyunları müzakirə olundu

29 Yanvar 2014 12:54 (UTC+04:00)

2015-ci ildə Bakı şəhərində keçiriləcək Birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə işçi qrupun ilk iclası keçirilib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "Bakı 2015" Avropa Olimpiya Oyunlarının Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin direktoru Panayotis Protopsaltis çıxışında I Avropa Olimpiya Oyunları ilə bağlı "Nəqliyyatın təşkilinin təsviri və gələcək addımlar" adlı təqdimat mərasimini açıqlayıb.

O, bu təqdimatda tələblər, nəqliyyatın təşkili işinin əhatə sahəsi, əsas çətinliklər, oyunlara müvafiq yol şəbəkəsi, ictimai nəqliyyat resursları və s. barədə geniş məlumat verib.

Sonra təqdimatla bağlı müzakirələr aparılıb və müəyyən qərarlar qəbul edilib. İclasda işçi qrupun toplantılarının ayda 2 dəfə keçirilməsi barədə razılıq da əldə olunub.

Amid
AzNews.az