ABŞ kəşfiyyatı: “Suriyada 50 ölkədən 7 min xarici döyüşçü var“

29 Yanvar 2014 20:27 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ milli kəşfiyyat idarəsinin direktoru Ceyms Klepperin məlumatına görə Suriya münaqişələrində ekstremist qruplaşmalarda ən azı 26 min nəfər iştirak edir.

"Suriyada 1.6 min müxtəlif qruplarda 75 - 110 min döyüşçü var ki, bunlardan da 26 mini ekstremist əhval ruhiyyəlidir", deyə Klepper senatda kəşfiyyata dair dinləmələrdə qeyd edib.

"Bizim araşdırmamıza görə Suriyada 50 ölkədən 7 min xarici döyüşçü var", deyə o əlavə edib.

Xatırladaq ki, 2011 - ci ilin martından Suriyada silahlanmış müxalifət döyüşçüləri ilə hökumət qüvvələri arasında iğtişaşlar səngimək bilmir. BMT - nin məlumatına görə qarşıdurmalar zamanı 100 mindən çox adam həyatını itirib.

Bu üçüncü gün İsveçrə şəhəri Montryödə Suriyada sülhü bərqərar etmək üçün beynəlxalq "Cenevrə - 2" konfransı işə başlayıb.

Əli
AzNews.az