Qazaxıstan Ermənistanı dəstəklədiyini etiraf etdi

29 Yanvar 2014 21:32 (UTC+04:00)
Bu gün İrəvanda "Konqress" mehmanxanasında Qazaxıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ayımdos Bozciqitovun iştirakı ilə "Qazaxstan prezidentinin xalqa müraciəti" adlı konfransa start verilib.

"Axar.az" rus mətbuatına istinadən xəbər verir ki, yerli jurnalistlərin təkidli çağırışlarından sonra səfir Qazaxıstanın Ermənistanın Gömrük İttifaqına üzvlük məsələsindəki mövqeyinə, sözügedən ölkənin mane yaratması barədə suallarına aydınlıq gətirib. O, bildirib ki, ölkəsinin mövqeyi aydındır – Qazaxıstan Ermənistanın qurumda təmsilçiliyini alqışlamaqla "Yol xəritəsi"nin tətbiqini dəstəkləyir:

"Əgər Qazaxıstan bu məsələyə "hə" deyibsə, onda hansı problemdən, yaxud maneədən söhbət gedə bilər?"


AzNews.az