Nəqliyyat müfəttişi ilə jurnalistlər arasında dava- FOTO

30 Yanvar 2014 08:17 (UTC+04:00)



Ötən gün axşam saatlarında Heydər Əliyev prospektində yol qəzası baş verib.

Publika.az xəbər verir ki, "Mercedes Benz" markalı "01 BL 348" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək, yol kənarındakı səkiyə çırpılıb. Avtomobilə ciddi ziyan dəyib. Sürücü isə qəzadan xəsarət almadan xilas olub.

Hadisə yerində jurnalistlərlə avtomobilin sürücüsü İsmayılov Vidadi Pәnah oğlu arasında dava-dalaş olub.

Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" Departamentinin әmәkdaşı olan sözügedən şəxs jurnalistlərə hücum edib.

Bu zaman televiziyalardan birinin kamerasına ciddi ziyan dəyib.

AzNews.az