ABŞ Ukraynaya sanksiyalar tətbiq edəcək

30 Yanvar 2014 08:29 (UTC+04:00)

ABŞ Konqresi Ukrayna hakimiyyətinə və ölkədə qarşıdurma yaranmasında cavabdeh olan müxalifət liderlərinə qarşı maliyyə sanksiyaları tətbiq etməyə hazırlaşır.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Konqresdəki mənbə məlumat verib.

Məlumata görə, sanksiya paketi üzərində iş hələ başa çatmayıb. Bununla belə işin yaxın zamanda başa çatdırılacağı gözlənilir.

Sanksiyaların konkret kimə tətbiq olunacağı barədə hələlik məlumat verilmir. Bununla belə sanksiyaların müxalifət liderləri də daxil olmaqla qarşıdurmanın bütün tərəflərinə şamil ediləcəyi gözlənilir.

Elnarə
AzNews.az