Məktəbdə yanğın

30 Yanvar 2014 09:49 (UTC+04:00)
Mingəçevirdə məktəblərin birində səhərə yaxın yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Mingəçevir şəhərində ümumi sahəsi 6247 kv.m olan üçmərtəbəli məktəbin 1-ci mərtəbəsində sahəsi 49 kv.m olan sinif otağının döşəməsi və içərisindəki əşyalar 25 kv.m sahədə yanıb. Sinif otağının qalan hissəsi və məktəb yanğından mühafizə olunub. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az