Ərdoğanın 50 min avroluq çıxışı

30 Yanvar 2014 12:39 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu günlərdə İzmirdəki çıxışı yerli və xarici mətbuatın gündəminə gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin holoqramlı çıxışının hər dəqiqəsi 10 -20 min lirədir.

Holoqram texnologiyasına malik olan xüsusi proyektorlarla hazırlanan 5 dəqiqəlik çıxış üçün ümimilikdə 50 min avro verildiyi bildirilir.

Holoqramı hazırlayan şirkətin təmsilçilərinin açıqlamasına görə, bundan əvvəl texnologiyanın son imkanlarından istifadə edərək Zəki Murenlə Muazzez Ersoyun duetini canlandırmaq mümkün olub.

Elnur
AzNews.az