Ramil Usubovun işdən çıxardığı rəis Şeyxin qohumudur

30 Yanvar 2014 14:21 (UTC+04:00)
Daxili İşlər naziri Ramil Usubovun Bakının Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Məmməd Mikayılovu tutduğu vəzifədən azad etməsi barədə xəbər vermişdik.

"Axar.az"a daxil olan məlumata görə, M.Mikayılov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin yaxın qohumudur.

Bildirilir ki, uzun müddətdir işində ciddi nöqsanlara yol verməsimə baxmayaraq, işdən kənarlaşdırılmaması da məhz bununla bağlı olub.

AzNews.az