“ETI-elektro element” Bakıda təqdimat keçirib- FOTOLAR

30 Yanvar 2014 16:08 (UTC+04:00)

"JW Marriott Absheron" Hoteldə Sloveniyanın "ETI-elektro element" elektrik avadanlıqları şirkətinin təqdimatı keçirilib.


Təqdimatda "ETI- elektro element" şirkətinin vitse-prezidenti Peter Gasperlin və ETİ-Ukrayna nümayəndəliyinin xarici iqtisadi əlaqələr üzrə meneceri Andrey Apostaliuk müəssisənin istehsal etdiyi elektrik avadanlıqları barədə məlumat verib.

Tədbirdə Sloveniyanın "ETİ-elektro element" Konserninin Azərbaycanda rəsmi nümayəndəsi olan "ETİ-Azərbaycan " şirkətinin fəaliyyəti barədə də danışılıb. "ETİ-Azərbaycan " şirkətinin rəhbəri Aydın Məmmədov bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıq daha da uğurlu olacaq.

Qeyd edək ki, "ETİ-Azərbaycan " şirkətinin əməkdaşları Azərbaycan, Sloveniya və Ukraynada xüsusi təlimlər keçib. Hazırda şirkətin yüksək ixtisaslı mütəxəssisləri tərəfindən digər şirkət və müəssisələrdə təlimlər keçirilir.

Elnur
AzNews.az