İntiharların qarşısını almaq üçün qanun layihəsi hazırlanır- ÖZƏL

30 Yanvar 2014 16:34 (UTC+04:00)
Milli Məclisdə "Psixoloji yardım haqqında" qanun hazırlanacaq.


Bu barədə AzNews.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

M. Quliyev deyib ki, Milli Məclisin fevralın 3-də keçiriləcək iclasında bu qanun layihəsinin hazırlanması təklifi ilə çıxış edəcək: "Sözügedən qanun layihəsinin hazırlanması və bunun təkliflər planına salınmasını da irəli sürəcəyəm".

Amid Əyyuboğlu
AzNews.az