Maydanın komendantı: “Kiyevdə barrikadalar sökülməyəcək“

30 Yanvar 2014 20:31 (UTC+04:00)
"Kiyevin Qruşevski küçəsində etirazçılar tərəfindən quraşdırılmış barrikadalar sökülməyəcək, hakimiyyət isə saxlanılan fəalları qeyd-şərtsiz azadlığa buraxmalıdır".

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Müqavimət qərargahında bu gün keçirilmiş brifinqdə Maydanın komendantı, "Batkivşina" fraksiyasından olan deputat Andrey Parubiy bəyan edib.

Onun sözlərinə görə, Maydan Regionlar Partiyasının dəstəyi ilə ötən gün Ali Rada tərəfindən qəbul olunmuş amnistiya haqqında qanunun tələblərinə əməl etməyəcək.

"Bizim mövqe dəyişməzdir. Biz insanları binalara dəyişə bilmərik. Hakimiyyət həbsxanalara atılan insanları birtərəfli qaydada azad etməlidir", deyə Parubiy qeyd edib.

"Наша позиция неизменна. Мы не можем менять людей на помещение. Власть должна людей, которые сидят по тюрьмам, отпустить в одностороннем порядке", - отметил Парубий.

"Batkivşina" fraksiyasından olan digər deputat Həmkarlar İttifaqı Evinin komendantı Stepan Kubiv açıqlamasında bildirib ki, Ukrayna Milli Müqavimət qərargahının etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, hakimiyyət Maydanda provokasiyalar təşkil etmək məqsədilə Krımda atletik bədən quruluşlu gəncləri toplamağa başlayıb.


AzNews.az