Kikboksinq Federasiyasının xeyirxahlıq aksiyası

30 Yanvar 2014 22:48 (UTC+04:00)
28 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyinin, "Azərbaycanın Afrika Dostları" qeyri hökumət təşkilatının təşəbbüsü və Azərbaycan Kikboksinq Federasiyasının dəstəyi ilə Pretoriya şəhərinin Mamelodi kikboksinq klubuna idman ləvazimatları və geyim ianə edilib.


Qeyd edək ki, bu xeyirxahlıq aksiyası 2013-cü ilin avqust ayında Pretoriyada Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş ilk Azərbaycan - CAR kikboks üzrə çempionatının davamı olaraq Azərbaycan Kikboksinq Federasiyasının yerli klublara dəstək vermək qərarının nəticəsində baş tutub. Day.az xəbər verir ki, bu barədə tədbirdə çıxış edən Səfir Elxan Poluxov deyib və bunun ölkələr arasında əlaqələrin bütün sahələrdə inkişaf etməsinin rəmzi olduğunu qeyd edib.

Öz növbəsində yerli ictimaiyyət adından çıxış edən klubun rəhbəri, Mamelodi bələdiyyəsinin başçısı, Hauteng (Gauteng) əyalətinin rəhbər müavini və hakim Afrika Milli Konqresi partiyasının nümayəndələri Azərbyacan tərəfinə öz dərin minnətdarlıqları nı bildiriblər.

Azərbaycan Kikboxinq Federasiyasının (AFK) prezidenti, Milli Məclis deputatı Adil Əliyevin rəhbərlik etdiyi heyət 2013-cü ilin 31 avqust tarixində CAR-da olduqları müddətə turnirlə bərabər yerli Mamelodi kikboksing klubunda ustad dərsləri də veriblər. 50-dən artıq tələbəsi olan klub, CAR paytaxtı Pretoriyanın yaxınlığında yerləşən ən yoxsul rayonların birində yerləşir. Yığmamızın keçirdiyi ustad dərsləri yerli əhali tərəfindən çox yüksək qiymətləndirilib. Klubun çox çətin maddi durumda olduğunu nəzərə alaraq Səfirlik və AKF tərəfindən kluba idman ləvazimatları və geyimlə köməklik edilməsinə dair qərar qəbul edilib.