Paytaxta güclü qar yağır – Bakı-Sumqayıt yolu bağlandı - FOTOLAR

30 Yanvar 2014 22:58 (UTC+04:00)
Bu gün axşam saatlarından başlayaraq Bakıya güclü qar yağmağa başlayıb. AzNews.az xəbər verir ki, qar yağmağa başlayan kimi nəqliyyatın hərəkətində problemlər də başlayıb. Yayılan məlumata görə, şəhərin müxtəlif yerlərində artıq tıxaclar yaranıb. Ən ciddi vəziyyət Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarındadır. Yasamal rayonundakı "Qələbə" dairəsində tıxacın uzunluğu 500 metri ötdüyü bildirilir. Bundan başqa Bakı –Sumqayıt şosesində vəziyyət daha ağırdır.
Bu yolda hərəkət tamamilə dayanıb. Bakıya şimaldan giriş çətinləşib.

Yollardakı vəziyyətlə bağlı sosial şəbəkələrdə yayımlanan fotoları təqdim edirik: