Yahoo! istifadəçilərinin parolları oğurlanıb

31 Yanvar 2014 08:06 (UTC+04:00)
Amerikanın transmilli internet-qiqantı Yahoo! elektron poçt istifadəçilərin loginlərinin və parollarının oğurlanması barədə məlumat verib.

Trend RBK-ya istinadən bu barədə Associated Press agentliyi məlumat verir.

Oğurlanmış məlumatlar Yahoo! poçt servisinin istifadəçilərinin akkauntlarına icazəsiz müdaxilədə istifadə olunublar. Lakin şirkət bildirmir ki, məhz nə qədər istifadəçilərin akkauntları cinayətkarların əməllərindən zərər çəkib.

"Görünür ki, cinayətkarlar tərəfindən haker hücumları nəticəsində alınan məlumatlar, istifadəçilərin adlarından və müvafiq parollardan ibarətdir", - Yahoo!-nun məlumatında deyilir.
Yahoo! nümayəndələri hesab edirlər ki, istifadəçilərin loginləri və parolları şirkətin öz sistemindən yox, üçüncü tərəfə məxsus məlumat bazasından oğurlanıb.

Yahoo! həmçinin zərərçəkən akkauntların parollarının dəyişdirilməsi və yeni hücumların qarşısını alınması üçün "əlavə tədbirlərin istifadəsi" haqqında məlumat verib.

Şirkət əlavə məlumat təqdim etməyib. Yahoo!-nun rəsmi məlumatında bildirilir ki, ABŞ-ın federal hüquq mühafizə orqanlarının əməkdaşları məlumatların oğurlanması barədə işə cəlb olunublar.

AzNews.az