Beyləqanda ev yandı, xəsarət alan var

31 Yanvar 2014 08:21 (UTC+04:00)
Beyləqanda ev yanıb, xəsarət alan var.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Beyləqan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər qadın əl və üz nahiyyəsindən yüngül yanıq xəsarətləri alıb və Beyləqan Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az