Dünən 1550 nəfər təcili yardıma müraciət edib –134 nəfər xəstəxanalıq olub

31 Yanvar 2014 08:56 (UTC+04:00)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası son 24 saat ərzində daxil olan müraciətləri açıqlayıb.


Stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın AzNews.az-a verdiyi məlumata görə, yanvarın 30-u saat 09:00-dan yanvarın 31-i saat 09:00-dək Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1550 müraciət daxil olub.

Müraciət edənlərdən 134 nəfəri xəstəxanaya yerləşdirilib.

Z. Vahidova deyib ki, havanın qarlı olmasına baxmayaraq, avtomobil qəzalarının sayı çox olmayıb: "Qeyd olunan saatlarda Səbail rayonu "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında bir avtomobil qəzası qeydə alınıb. Bu hadisə zamanı xəsarət alan bir nəfər Kiliniki Tibbi Mərkəzə çatdırılıb. Yanvarın 31-də saat 02:10-da isə bir nəfəri maşın vurub və həmin yaralı da xətəxanaya çatdırılıb".

Z. Vahidova qeyd edib ki, hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, stansiyaya olunan müraciətlərdə elə bir ciddi hadisə qeydə alınmayıb.

Amid
AzNews.az