Bakı-Sumqayıt şosesi bağlandı: qəsəbələrdə çörək qıtlığı yaranıb

31 Yanvar 2014 09:05 (UTC+04:00)

Dünən axşam saatlarından başlayaraq yağan güclü qar paytaxtda nəqliyyatın hərəkətini iflic edib.


Bakı- Sumqayıt yolu qardan təmizlənmədiyinə görə nəqliyyat vasitələri hərəkət edə bilmir.

Yollar tam bağlandığından sürücülər və sərnişinlər bir neçə saat yolda gözləmək məcburiyyətində qalıblar. Sumqayıta və ətraf qəsəbələrə ictimai nəqliyyatın hərəkəti ümumiyyətlə dayanıb.

AzNews.az xəbər verir ki, hətta Sulutəpə, Çiçək, Xocasən qəsəbələrindəki mağazalarda çörək qıtlığı yaşanır. Mağaza sahibləri bunu çörək daşıyan maşınların qar səbəbindən hərəkət edə bilməməsi ilə əlaqələndirir.

Elnur
AzNews.az