Zəhərlənənlərdən 5-i xəstəxanaya yerləşdirildi

31 Yanvar 2014 09:28 (UTC+04:00)

Bakıda ötən sutka ərzində 8 nəfər dəm qazından zəhərlənib.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən məlumata görə, dəm qazı zəhərlənməsi ilə bağlı stansiyaya 8 müraciət daxil olub.

Müraciət edən şəxslərin 5-i xətəxanaya yerləşdirilib, 3-ü amblator müalicəyə göndərilib.

Hadisə zamanı ölüm halları qeydə alınmayıb.

Amid
AzNews.az