Sumqayıt-Novxanı yolunda 3 nəfər köməksiz vəziyyətdə qalıb

31 Yanvar 2014 09:33 (UTC+04:00)
Sumqayıt-Novxanı yolunda hava şəraiti ilə əlaqədar minik avtomobilində 3 nəfər köməksiz vəziyyətdə qalıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobilin qapılarını açaraq zərərçəkmişlərin xilas olunmasını təmin edərək, aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az