O Nizami– həm də etiraz idi...

31 Yanvar 2014 10:39 (UTC+04:00)


"Elm gizlinlərin deyil, insanlığındır" - əxilərin bu hərəkatı qarşısı alınmaz bir güc olaraq təşkilatlanırdı.

Və...

Şeyx Nizami saray şairi deyildi, Sarayı yönəldən gücün parçası idi.

Saraydan gələn sifarişlər əslində cavabsız suallar qarşısında Şeyxın cavabları olurdu.

Həmçinin...

Fəxrəddin Razi zamanının söz sahibi idi. Şəriət və din sualları ondan soruşulardı. Mövlanənin atası bu səbəbdən Xorasanı tərk etdi. Razinin ağıl gücünün qarşısında duruş gətirə bilmədi. Nizami o illərdə artıq ömrünün sonlarını yaşayırdı.

Ancaq...

Xoy zamanının ikinci Xorasanı idi. Xorasandan başlayan hər bir hərəkatının ideolojisi Xoyda biçimlənər və sistemləşərdi. Pəhləvi aşiqləri bu ərazilərdə baş verənlərə sadəcə seyirçi qala bilməzdilər. Nizari dövləti onların ideoloji mərkəzi olaraq, baş verənlərin gizli təqibçilər idilər. Zaman və məkan olaraq şəkillənən nə var idisə "Var olan"ın gizli üzündən onların fədailəri çıxırdı.

Halbuki...

Üç Xəlifə üç mərkəz demək idi. Abbasi xəlifəsi əsas güc olaraq türklərə sığınmışdı. Misir Fatimiləri pəvləvi qalığlarını Nizarilərin köməyi ilə özünə bağlamışdı. Kordovo isə fürsət gözləyən Əməvi aşiqləri idi.

Səlcuqlarının əsas amacı Fatimiləri yox etmək idi. Onların Bizansla savaşı Misirə doğru əsgərlərinə açmaq istədikləri yol istəyindən yarandı. Diogen İsvahana qədər onları qovacaqlarına söz verdi.

Beləliklə...

Nizami "Xəmsə" yazmadı, "Pənc Ganza" yazdı. "Ganza" xəzninə deməkdir: "Beş xəzinə". "Ganca" sözü arameycədir. Bizə "farscadır" dedilər. Nizami "dəricə" yazdı, bizə "farsca yazdı" dedilər. Dəricə sarayın dili idi, pəhələvi arameycəsindən və Quran ərəbcəsindən törəmişdi. Firdovsinin parsisindən fərqli idi bu dil. Yəni Xorasanda yeni Parfiya arzusunda olanların dili idi.

Nizami də yeni Parfiyanın qurucularından idi. Firdovsi İran düşüncəsinin bərpasına can atırdısa, Nizami Parfiyadan miras qalan Turanın ideya daşıyıcısı idi. İki ayrı düşüncə, iki ayrı hərəkat kimi baxılmalıdır bu düşüncə nəhənglərinə. Firdövsi günəşin mədhini yazdı, Nizami işığın. İşığın beş məkanından yaranan xəzinə "Pənc Ganza"da beş təməl olaraq atıldı. Nizami Barda-sanın, Mainin,Ganzaklaşan sirlərinin mirası olaraq Aran məktəbinin son sözü olaraq qaldı.

Və...

O, sözə möhür vurdu.

Nizami mötəzilə, aşarı, və nizari ilə düşüncə savaşında Aran məktəbinin son nəsranisi olaraq Allaha və peyğəmbərə tapındı. İran Nizamiyə heç zaman bu səbəbdən sahib çıxmadı və çıxmazdı da. İranın Nizamini qəbul etmədiyini, Nizaminin də İranın sevmədiyinin səbəbini biz bilmirik. Çünki Parfiya ilə Sasan nəsli arasındakı bu savaş Sasanilərinin qələbəsi ilə bitmişdi. Firdovsi Əhəməni və Sasanilərinin yanındadır, Nizami Midiya və Parfiyanin. Bu iki düşüncə incələndikcə kimin kim olması su kimi aydın olur...

Deməli...

Tarixi düzgün oxumaq düşüncəni tanımaqdan başlar. Əgər düşüncə tanınmırsa, onu anlamaq mümkün deyil. Belə bir halda o, sadəcə, şəkil kimi anlanacaq. Belə də oldu. Biz uzun zaman Nizamini şəkil kimi anladıq. Ortaya çıxan suallar da bu günəcən cavabsız qaldı: Nizami kimdir, nədən seçdiyi mövzuların rabitəsi yoxdur, nə üçün gizli xəzinə olaraq daima gizlənmək cəhdindədir?

Sualları çox davam etdirə bilərik. Nədənlər o qədərdir ki...

Hərçənd...

Nizami saraylar üçün yox, Nizami sarayların ideolojisini müəyyən etmək üçün yazdı. Sifarşlərin gəldiyi sarayları tanısaq, bu coğrafiyada nələr baş verdiyini anlamaq çətin olmayacaq.

Aran məktəbinin son Ganzası, son Bərdə Şeyxi bir nəsranidir. İslama da nəsrani olaraq gəlib. Nə mağ, nə xristian, nə iudaist, nə də...zındık. O, bir nəsrani Şeyxi olaraq iman hərəkatına qatılan düşüncənin parçasıdır. Ərəb İslama cəhalətdən, İran İslama muğdan...gəldi. Nizami nəsraniliyində isə həm cəhalətə, həm də muğa bir etiraz var.

AzNews.az