Sarkisyan Çexiyada etirazla qarşılandı

31 Yanvar 2014 10:45 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sarkisyanın Çexiyaya səfəri etiraz aksiyaları ilə qarşılanıb.


Bu ölkədə yaşayan ermənilər Ermənistan-Çexiya prezidentlərinin görüşünün keçirildiyi binanın qarşısına toplaşaraq Sarkisyanı Gömrük İttifaqına qoşulmaqdan çəkinməyə çağırıblar.

AzNews.az xəbər verir ki, aksiyaçılar S.Sarkisyanı ölkəni tərk etməyə çağıraraq Ermənistandakı çoxsaylı problemlərin həll edilmədiyini bildiriblər. Eyni zamanda Ermənistanın Gömrük İttifaqına daxil olması barədə qərarı erməni xalqının verməli olduğunu qeyd ediblər.

Elnur
AzNews.az