Seçki davası: 16 nəfər yaralandı

31 Yanvar 2014 11:32 (UTC+04:00)

Türkiyənin Diyarbakır vilayətinin Lice mahalında iki partiya tərəfdarları arasına qarşıdurmada 16 nəfər yaralanıb.

Avtomobillər yandırılıb, tərəflər bir-birilərinə dəyənək və daşlarla hücum edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 31-də Lice mahalında Hüda-Par üzvləri liseydə bələdiyyə başqanlığına namizəd Abdulmutalip Yuvayı tanıtmaq üçün broşur payladıqları zaman baş verib.

İddiaya görə, onlar mahal mərkəzindəki BDP binası qarşısından keçərkən, iki partiyanın üzvləri arasında mübahisə yaranıb.

Mübahisə qısa müddətdə davaya çevrilib. Davada 16 nəfər yaralanıb. Lice Təhlükəsizlik Müdirliyinin müdaxiləsi nəticəsində dava yatırılıb.

Elman
AzNews.az