Qar hava yollarını da "vurdu"

31 Yanvar 2014 12:24 (UTC+04:00)
Qarlı hava şəraitinin müşahidə olunması bəzi təyyarə reyslərinin gecikməsinə səbəb olur.

Azərbaycan Hava Yolları (AZAL) ASC-dən AzNews.az-a verilən məlumata görə, hazırda Moskva-Bakı təyyarə reysində gecikmə yaranıb. Bu həm də Rusiyada da havaların qeyri-sabit keçməsi ilə əlaqədardır. Belə ki, yerli vaxtla saat 12:00-da Bakıya çatmalı olan reys saat 13:50-yə qədər yubadılıb.

Qurumdan qeyd olunub ki, ümumilikdə qarlı hava şəraiti AZAL işinə ciddi təsir göstərməyib: "Hələ ki, Bakıdan xarici ölkələrə nəzərdə tutulan uçuşlar vaxtında həyata keçirilir".

Amid
AzNews.az