Hicab qadını ölümə apardı

31 Yanvar 2014 13:39 (UTC+04:00)

Kanada metrosunda hicablı qadın eskalatorda boğulub. AzNews.az xəbər verir ki, qadının hicabı eskalatora ilişib və ardınca qadının saçları eskalatorun işlək mexanizminə dolaşıb. Hadisə yerində vəfat edən qadının 30 yaşı olub.

Qadının hicabının eskalatora ilişdiyini görən sərnişinlər hadisə yerinə xilasediciləri çağırıb. Ancaq onlar gələnə qədər gec olub.


Elnur
AzNews.az