Zakir Həsənov səfirlərlə görüşdü- FOTOLAR

31 Yanvar 2014 14:55 (UTC+04:00)
AzNews.az xəbər verir ki, yanvarın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikasının və Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirləri cənab Campaolo Kutillonu və xanım Haydrun Tempeli qəbul edib.

Görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib, ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri nəzərdən keçirilib və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

AzNews.az