“Günəşli“ yatağındakı quyu istismara verildi

31 Yanvar 2014 15:55 (UTC+04:00)
Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni-yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fondda olan quyular da texniki tədbirlər aparılmaqla istismara qaytarılır.

AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yatağın işlənməsini həyata keçirən "28 May" NQÇİ-də bu istiqamətdə ciddi tədbirlər görülür.

Bu günlərdə "Günəşli" yatağındakı 14 nömrəli özüldə 305 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Quyu fasilə lay dəstəsindən 2890-2875 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 90 ton neft, 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

AzNews.az