Həbs olunduğu deyilən vitse-admiraldan - Açıqlama

31 Yanvar 2014 15:56 (UTC+04:00)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov həbs edilməsi və vəzifədən çıxarılması barədə bəzi KİV-də yayılan məlumatlara qısa münasibət bildirib.

Vitse-admiral Şahin Sultanov Publika.Az-a açıqlamasında deyib: "Hazırda məzuniyyətdəyəm!".

Xatırladaq ki, "Minval.az" saytı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovun bu günlərdə (yanvarın 29-da) həbs edilməsi və vəzifədən çıxarılması barədə məlumat yayıb.

AzNews.az