Qiymətlərin qaldırılması ilə bağlı rəsmi - AÇIQLAMA

31 Yanvar 2014 19:41 (UTC+04:00)
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclası keçirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bunu AzNews.az-a Tarif Şurasının mətbuat katibi Abbas Əliyev bildirib. O vurğulayıb ki, bəzi KİV-lərdə bu gün Tarif Şurasının iclasının keçirilməsi və burada elektrik enerjisi, su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması və bu sahədə qiymətlərin yenidən qaldırılması məsələsinə baxılması qeyd olunur:
"Amma biz Tarif Şurası olaraq əhalinin diqqətinə çatdırırıq ki, yayılan bu tip məlumatlara inanmasınlar. Tarif Şurasında kommunal və digər xidmət qiymətlərinə yenidən baxılması gündəmdə deyil və bunun üçün narahatçılığa heç bir əsas yoxdur".

Amid
AzNews.az