Qubada ikimərtəbəli ev yanıb

31 Yanvar 2014 22:54 (UTC+04:00)
Quba rayonunda ikimərtəbəli evdə yanğın baş verib.

FHN-nin rəsmi saytına istinadən xəbər verilir ki, Quba rayonundan 12 kilometr aralıda yerləşən İkinci Nügədi kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan, aynabənddən ibarət evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az