Bakı-Sumqayıt yolunda sərnişin avtobusu yandı

1 Fevral 2014 08:06 (UTC+04:00)
Bakı-Sumqayıt yolunda sərnişin abtobusu yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisində "Iveco" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından muhafizə olunub. Yanğın saat 22:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az