Azərbaycanlılarla çeçenlər dalaşdı: 2 vətəndaşımız tutuldu

1 Fevral 2014 08:33 (UTC+04:00)
Rusiyanın Petrozavodsk şəhərində kütləvi dava-dalaş olub. Lent.az-ın məlumatına görə, bu haqda "flash nord"-un yaydığı xəbərdə bildirilib ki, dalaşma Qafqazdan olanlar arasında baş verib.

Mənbənin məlumatında deyilib: "Bu olayda Çeçenistan, İnquşeytiya və Azərbaycandan olan 40-a yaxın adam iştirak edib. Davada bıçaq və başqa kəsici-deşici alətdən istifadə olunub" .

İştirakçılardan birinin sözlərinə görə, 29 yaşlı çeçen kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

Olayın başqa iştirakçıları çeşidli dərəcədə bıçaq yarası alıb.

"Azərbaycanın iki vətəndaşı saxlanılıb. Ona qarşı "xuliqanlıq" və "bilərəkdən sağlamlığa ağır xəsarət yetirmək" ittihamları irəli sürülüb. Onlar məhkəmənin qərarı ilə həbs edilib. Daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb"-deyə, mənbə bildirib.

Kareliya Respublikası Daxili İşlər Nazirliyi mətbuat katibliyinin məlumatına əsasən, münaqişə iki gənc arasında məişət zəminində baş verib. Nazirlik davada 20-dən çox insanın iştirak etdiyini bildirib.

AzNews.az