Alim Qasımov Bakıda solo konsert verəcək

1 Fevral 2014 09:19 (UTC+04:00)

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov solo konsertə hazırlaşır. Bunu AzNews.az-a xalq artisti özü bildirib.


A.Qasımovun sözlərinə görə, konsert mart-aprel aylarında reallaşacaq:

"Biz çoxdandır ki, bu layihə üzərində işləyirik. Bütün ili Avropa ölkələrinə gedirik, silsilə konsertlər veririk. Amma Bakıda da pərəstişkarlarımız var. Onları da unutmamalıyıq. Bu konsertlər də onlar üçündür. Düzdür, hələ konsertin vaxtı və günü təyin olunmayıb. Mart ayının ilk günlərində konsertin vaxtı bəlli olacaq".

A.Qasımovun yenilikləri bunlarla yekunlaşmır. Qasımovların həmçinin Avropa səfərləri də gözlənilir:

"Bizə Avropa ölkələrindən dəvətlər gəlib. Mart ayında Fərqanə Qasımova Avropa olkələrinin bir neçəsində konsert verəcək. Aprel ayında isə biz ata-bala Avropaya yenidən gedəcəyik. Orada 10 günlük konsert proqramı ilə çıxış edəcəyik".

Bahar Rüstəmli
AzNews.az