Ədalət Şükürov: “Saatım “Titanik”in dəmirindən hazırlanıb”

1 Fevral 2014 15:30 (UTC+04:00)
Əməkdar artist Ədalət Şükürov qarderobundan danışıb.


Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin" verilişinə açıqlamasında əynindəki libasların 2014-cü ilin ən son modeli olduğunu bildirib.

Ədalət Şükürov ona geyimlərində qızının məsləhət verdiyini deyib:

"Qızım xaricdə olur, bütün moda nümayişlərinə qatılır. Ordan mənə ən son dəbdə olan libaslar alıb göndərir. Mən də seçib, bəyəndiklərimi geyinirəm. Ayağımdakı ayaqqabı tanınmış brenddir, heç mağazada satışa çıxarılmayıb. Bu saat isə çox sevdiyim bir markadır".

Ə.Şükürov saatının "Titanik" gəmisinin dəmirindən hazırlandığını qeyd edib.

AzNews.az