Bakıda gözəllik salonunda partlayış: yaralı var

1 Fevral 2014 11:41 (UTC+04:00)
Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonlarından birində güclü partlayış olub.

Teleqraf.com-un xəbərinə görə, hadisə Əliəşrəf Əlizadə küçəsi 42/9, mənzil 57 ünvanında qeydə alınıb.

Həmin ünvanda 3 mərtəbli yaşayış bınasının 1-ci mərtəbəsində yerləşən gözəllik salonunda təbii qaz sızmasının səbəbindən partlayış baş verib.

Nəticədə gözəllik salonunda işləyən Lalə Qasımova xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

AzNews.az