Batmaq təhlükəsi ilə üzləşən üç nəfər xilas olundu

20 Avqust 2012 16:21 (UTC+04:00)

Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşmiş üç nəfər xilas olunub. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində, su anbarında ("Mingəçevir" sularda xilasetmə məntəqəsindən 5 km sağda, nəzarətsiz ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.


AzNews.az