Qar əsiri olan avtomobillər - 1000 nəfər evakuasiya olundu

1 Fevral 2014 20:47 (UTC+04:00)

AzNews.az İTAR - TASS - a istinadən xəbər verir ki, Serbiyanın şimalında xilasedicilər və hərbiçilər tərəfindən avtomagistrallarda qarda batıb qalmış avtomobillərdən 1000 nəfərdən çox adam evakuasiya olunub.
100 - ləırlə adamın hələ də qarın əsirliyində qaldığı bildirilir. İki qatarın sərnişinlərini də ağır vəziyyətdən qurtarmağa çalışırlar.
Serbiyanın şimalında qar basması nəqliyyatı iflic edib, sərhədyanı məntəqələrdə işləri çətinləşdirib. Hökumət dairələri camaatı təbii fəlakətin əsiri olmamaq üçün yollara çıxmamağa çağırıb.

Azər
AzNews.az