Minalanmış avtomobil partladı - 3 ölü

1 Fevral 2014 21:12 (UTC+04:00)
Livanın şimal - şərqində yerləşən Xermel şəhərində minalanmış avtomobil partladılıb.
AzNews.az Frans Press - ə istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Məlumata görə, bu rayonda əsasən şiələr yaşasa da, "Hizbullah"ın güclü təsiri hiss olunur.
Son zamanlar Suriyada müxalifətçilərlə hökumət qüvvələri arasında davam edən konfliktlərin fonunda Livanda da vəziyyət xeyli gərginləşib.

Əli
AzNews.az