Irandan yeni güc nümayişi

21 Avqust 2012 12:44 (UTC+04:00)


İran daha bir hərbi təqdimat keçirdi. AzNews.az iran.ru saytına istinadən xəbər verir ki, İran prezidenti Mahmud Əhmədinejat da təqdimatda iştirak edib.


Verilən məlumata görə, təqdimatda Fateh raketlərinin 4-cü nəsli, hərbi gəmilər üçün Bonyan - 4 mühərikləri, uçan labaratoriya - Armita, taktiki Araz avtomobilləri, Vəfa minaatanları, Şahid naviqasiya və müşahidə qurğuları nümayiş olunub. Tədbirdə birinci şəxslə yanaşı, Müdafiə naziri Əhməd Vahidi, İnformasiya Texnologiyaları və Komunikasiya naziri Reza Taqipur və digər rəsmi şəxslər iştirak ediblər.


Xatırladaq ki, İran avqustun 4-də Fateh raketlərinin uğurlu sınağını keçirmişdi. Müdafiə naziri, sınağın nəticələri ilə bağlı bildirmişdi ki, "yer-yer" tipli Fateh raketlərinin 4-cü nəsli dəqiqlik cəhətdən əvvəlki sələfini xeyli qabaqlayır və onun hədəfə doğru hərəkətinə heç bir hava şəraiti mane olmur.


Qeyd edək ki, Fateh raketləri 300 km uzaqlıqda olan hədəfi rahatlıqla vurmaq iqtidarındadır.

Sadiq

AzNews.az