Çin yenə Əsədə dəstək verdi

21 Avqust 2012 13:51 (UTC+04:00)



Rəsmi Dəməşqə uzun müddətdir ki, Rusiya ilə birlikdə dəstək verən Çin hökuməti Suriya ilə bağlı mövqeyini açıqlayıb. Çinin dövlət müşaviri Dai Bingguo, açıqlama verərkən qeyd edib ki, Suriya ilə bağlı mövqeyimiz ədalətli və obyektivdir: "Rəsmi Pekin baş verən bütün terror hadisələrinə qarşıdır.


Suriya böhranın yalnız siyasi danışıqlarla həll edilə bilər. Rəsmi Dəməşqlə bağlı problem qısa bir zaman ərzində həll edilməlidir", - deyə Çin rəsmisi bildirib. Suriya xalqının seçiminə hörmət etdiklərini bildirən Dai Bingguo, Suriyanın daxil işlərinə müdaxilənin və zor tətbiqinin yol verilməz olduğunu söyləyib.


AzNews.az