Ərdoğana ağır itki üz verdi

21 Avqust 2012 21:50 (UTC+04:00)
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 67 yaşlı xalası Meliha Ər Rizədəki evində vəfat edib. Baş nazir Gaziantepdəki hücumda həyatını itirən insanların yas mərasimindən çıxandan sonra xalasının cənazə mərasiminə qatılacaq.

Bunun üçün sabah baş nazir Rizəyə gedəcək. 6 uşaq anası olan Meliha Ər sabah Rizədə Şeyx Məscidində qılınacaq cənazə namazından sonra Pazarköydəki ailə qəbristanlığında torpağa tapşırılacaq


Iradə
AzNews.az